Son dəqiqə

Türkiyə Pakistan Türkiyə Ticarət nazirliyi sement

Türkiyənin Pakistana sement ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar-may aylarında Türkiyənin Pakistana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 66,8 faiz azalaraq, 845 min dollara düşüb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə Pakistana 234,7 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 36,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,8 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 424,6 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 5,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2023 – may 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər