Qarabağ və Şərqi Zəngəzur dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq - "AzerGold"un sədri

Qarabağ və Şərqi Zəngəzur dağ-mədən sənayesinin inkişafında böyük rol oynayacaq - "AzerGold"un sədri

Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq.

TurkicWorld-un məlumatuna görə, bunu "AzerGold" səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf prespektivləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurları ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə münbit zəmin yaradıb. Heç şübhəsiz, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə zəngin əlvan metal ehtiyatlarının potensialına malik Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq.

"Qeyd edilən bu məqam və dağ-mədən sənayesinin inkişafı ilə əlaqədar atılan effektiv addımlar ölkənin aparıcı mədən şirkətlərindən biri olaraq bizim də öhdəliyimizə ciddi hədəflər qoyur. “AzerGold” QSC yeni istehsalat sahələrinin yaradılması ilə yanaşı Respublikamızın malik olduğu zəngin mineral–xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində də əlaqədar dövlət qurumları ilə birgə iş aparır", - deyə sədr qeyd edib.