Azərbaycan Türkiyə Qarabağ Anar Eyvazov Şərqi Zəngəzur Müdafiə Nazirliyi Birliyin Gücü 2026

Doqquz ölkənin yüksək səviyyəli müşahidəçiləri “Birliyin Gücü – 2026” təlimini izləyirlər

BAKI,TurkicWorld

Doqquz ölkənin yüksək səviyyəli müşahidəçiləri "Birliyin Gücü – 2026" təlimini izləyirlər.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, bunu cümə axşamı Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov təlimlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bəzi ölkələrin müdafiə nazirləri də bu gün təlimləri izləyəcəklər.

"Birliyin Gücü – 2026" təlimindəheyət iştirak edir.

Anar Eyvazovun sözlərinə görə, sentyabrın 21-dən keçirilən birgə hərbi təlimə Azərbaycan, Türkiyə və Özbəkistandan 3500-dən nəfərdən artıq şəxsi heyət cəlb olunub.

"İşğaldan azad edilmiş əraziləri də əhatə edən belə genişmiqyaslı təlim ilk dəfə keçirilir. Təlimə 130-dan artıq insansız vasitə, 70-dən artıq zirehli texnika, 90-dan çox artilleriya sistemi, 20-dən çox aviasiya vasitəsi, 30-dan artıq REM/REK/RL sistemi, 15-dən artıq hava hücumundan müdafiə vasitəsi, səkkiz dəst mühəndis texnikası və 20-dən çox dəniz vasitəsi cəlb edilib.

Şəxsi heyət və insansız vasitələr hər üç ölkə tərəfindən təmin olunub. Digər texnika və sistemlər Azərbaycan və Türkiyə, dəniz vasitələri isə Azərbaycan tərəfindən təqdim edilib.

Təlim "Qızılqaya", "Qarabağlar", "Qaraheybət" və "Böyük Zirə" ərazilərini əhatə edir. Təlim çərçivəsində hibrid təhdidlərə, diversiyaya, dezinformasiyaya və kibertəhdidlərə qarşı mübarizə, antiterror tədbirləri və qanunsuz silahlı qüvvələrin zərərsizləşdirilməsi üzrə tapşırıqlar yerinə yetirilir.

"Qaraheybət"də aviasiya zərbələrinin endirilməsi, "Böyük Zirə"də isə dəniz sərhədlərinin mühafizəsi, diversiyaların qarşısının alınması və antiterror əməliyyatlarının keçirilməsi üzrə fəaliyyətlər icra olunur.

Təlimin ikinci fazasında yaşayış məntəqəsinin təmizlənməsi və nəzarətə götürülməsi, giriş və çıxışlarda nəzarət-buraxılış məntəqələrinin qurulması, yaralıların yerüstü və hava nəqliyyatı ilə tibbi təxliyəsi nəzərdə tutulur. Həmçinin humanitar minatəmizləmə, radiasiya və kimyəvi kəşfiyyat üzrə tapşırıqlar yerinə yetirilir", - o bildirib.

Anar Eyvazov qeyd edib ki, ssenaridə göstərilən ərazilər real deyil və iştirakçı qüvvələr əməliyyatlara ssenariyə uyğun cəlb olunurlar.

Qeyd edək ki, sentyabrın 21-dən keçirilən "Birliyin Gücü – 2026" birgə hərbi təlimində Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirak edirlər. Təlimə ümumilikdə 3500 nəfərdən artıq şəxsi heyət cəlb olunub.

Mövzuya görə xəbərlər