Qazaxıstan Bakıda keçiriləcək COP29-da fəal iştirak edəcək

Qazaxıstan Bakıda keçiriləcək COP29-da fəal iştirak edəcək

Bakı. TurkicWorld:

Qazaxıstan Bakıda keçiriləcək COP29-da fəal iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidentinin Müşaviri – Prezidentin Beynəlxalq Ekoloji Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Zülfiyyə Süleymenovanın Azərbaycana işgüzar səfəri zamanı bildirilib.

2024-cü ilin noyabrında Bakıda iqlim maliyyələşdirilməsi məsələlərinə həsr olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) baş tutacaq. Konfrans qərarları qəbul edən Konvensiyanın ali orqanıdır. Hər il dünyanın hər yerindən olan hökumət nümayəndələri iqlim dəyişikliyinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması işində səylərini birləşdirmək üçün konfransa toplaşırlar.

Səfər çərçivəsində Zülfiyyə Süleymenova və Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi H. Hacıyevlə, Energetika Naziri P. Şahbazovla, Ekologiya və Təbii Sərvətlər Naziri, COP29 Prezidenti M. Babayevlə, Milli Məclisin deputatı, COP29-da BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Lideri N. Arpadarai, Xarici İşlər Nazirinin Müavini, COP29-un Baş Danışıqçısı Yalçın Rəfiyevlə görüş keçiriblər. Görüşlər zamanı COP29-a hazırlığı və keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Z. Süleymenova Azərbaycanı qarşıdan gələn olduqca əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar təbrik edib və dəstək göstərilməsinə, sıx əməkdaşlığa hazır olduğunu ifadə edib.

Öz növbəsində, azərbaycanlı tərəfdaşlar dəstəyə görə Qazaxıstana minnətdarlığını bildiriblər və Azərbaycanın COP29-da sədrliyi çərçivəsində prioritetləri və təşəbbüsləri, mötəbər tədbirə hazırlıq işi, dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar prosesi haqqında məlumat veriblər.

Baş tutan görüşlər zamanı tərəflər daha ekoloji inkişaf modelinə keçidi ilə bağlı təcrübə mübadiləsi aparıblar. Xüsusilə, azərbaycanlı həmkarlar, Qarabağ regionu da daxil olmaqla, ekoloji cəhətdən təmiz enerjinin istehsalı üzrə apardığı işlər haqqında məlumat veriblər. Vurğulanıb ki, Avropaya yaşıl elektrik enerjisinin ixracı məqsədilə Qara və Xəzər dənizlərin dibi ilə elektrik kabellərinin çəkilməsi yaşıl gündəliyinin təşviqində ölkələrimizin önəmli töhfəsi olacaq.

QR-nın Prezidentinin Müşaviri Qazaxıstanın lideri ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb və Qazaxıstanın yaşıl energetikasına keçidi ilə təşəbbüslər, o cümlədən, layihələr portfelini formalaşdırmağa başlayan və Almatıda yaradılmaqda olan İqlim və Yaşıl Energetika Məsələləri üzrə Mərkəzi Asiya Ölkələrinin Layihə ofisi haqqında məlumat verib. Azərbaycanın COP29-da sədrliyə dəstək verməsi məqsədilə Z. Süleymenova iqlim dəyişikliyi ilə mübarizə üzrə birgə layihələrin hazırlanmasına başlamağı təklif edib. Təklif Qazaxıstanın ekoloji təşəbbüslərin təşviqində və müvafiq qanunvericiliyin formalaşmasında mühüm nailiyyətlərini qeyd edən azərbaycanlı həmkarları tərəfindən dəstəklənib.