Yanvar ayında Trabzon Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Yanvar ayında Trabzon Hava Limanından istifadə edən sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 216 min 840 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq 203 min 554 nəfər, beynəlxalq reyslər üzrə isə 30 faiz azalaraq 13 min 286 nəfər təşkil edib.

2024-cü ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 1 842 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 581 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 29 faiz azalaraq, 261 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 5 faiz azalaraq, 1 583 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz azalaraq 1 389, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 194 olub.

Bu ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 5 milyon 508 min 28 nəfər, yük dövriyyəsi isə 55 min 335 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.