Son dəqiqə

Özəl Türkiyə hava limanları Esenboğa Hava Limanı

Yanvar ayında Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı açıqlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2024-cü ilin yanvar ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 984 min 456 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz artaraq 749 min 294 nəfər, beynəlxalq reyslər üzrə isə 51 faiz artaraq 235 min 162 nəfər təşkil edib.

2024-cü ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 9 min 397 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıraraq, 5 min 749 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 44 faiz artaraq, 3 min 648 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10 faiz artaraq, 7 min 529 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq5 min 525, beynəlxalq reyslər üzrə isə 46 faiz artaraq 2 min 4 olub.

Bu ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 5 milyon 508 min 28 nəfər, yük dövriyyəsi isə 55 min 335 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər