Ötən il Türkiyədə Qırğızıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 20-ni ötüb (ÖZƏL)

Ötən il Türkiyədə Qırğızıstan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 20-ni ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ildə Türkiyədə Qırğızıstan kapitalı ilə 28 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 15,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 9,7 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ildə Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (18) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 102,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildiriblər.

Məlumata əsasən ki, 2023-cü ildə Türkiyədə Qırğızıstan kapitalı ilə 1 inşaat, 13 topdan və pərakəndə ticarət şirkəti, 2 turizm şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Aytac Süleymanova

Twitter: a_alieva_