Son dəqiqə

Özəl Türkiyə hava limanları Trabzon beynəlxalq hava limanı

Sentyabr ayında Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı artıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin sentyabr ayında Türkiyənin Trabzon Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 12 faiz artaraq, 2 milyon 853 min 948 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 8 faiz artaraq 2 milyon 77 min 285 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 776 min 663 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 31 min 497 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq, 18 min 327 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 13 min 169 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq, 21 min 741 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 13 faiz dəyişərək 14 min 714, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq 7 min 27 olub.

2023-cü ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 165 milyon 177 min 396 nəfər, yük dövriyyəsi isə 3 milyon 162 min 222 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər