Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi sement

Yanvar - sentyabr aylarında Türkiyənin sement ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz azalaraq, 3,5 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 383,5 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 16,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022-sentyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər