Son dəqiqə

Özəl Türkiyə hava limanları Esenboğa Hava Limanı

İyul ayında Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 6 milyonu keçib (ÖZƏL)

Bakı, TurkicWorld:

2023-cü ilin iyul ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 40 faiz artaraq, 6 milyon 680 min 838 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 39 faiz artaraq 5 milyon 222 min 17 nəfər, beynəlxalq reyslər üzrə isə 41 faiz artaraq 1 milyon 452 min 821 nəfər təşkil edib.

Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 64 min 204 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 41 min 580 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 18 faiz artaraq, 22 min 624 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq, 52 min 767 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 34 faiz artaraq 40 min 565, beynəlxalq reyslər üzrə isə 22 faiz artaraq 12 min 202 olub.

2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər