TRACECA çərçivəsində Azərbaycan ərazisindən yük daşımaları 20 milyon tonu ötüb

TRACECA çərçivəsində Azərbaycan ərazisindən yük daşımaları 20 milyon tonu ötüb

2021-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşımalarının həcmi 20,325 milyon ton təşkil edib, yük dövriyyəsi isə 4,8 milard ton-kilometrə çatıb.

Turkic.World-un məlmatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımalarının həcmi 6,3 faiz azalıb.

Yük daşımalarının ümumi həcminin 11,407 milyon tonu (56,1 faiz) avtomobil nəqliyyatının payına düşüb.

Dəmir yolu nəqliyyatının payına bütün daşımaların 32,5 faizi (6,598 milyon ton) düşüb.

Hesabat dövründə dəniz daşımalarının payına düşən yüklərin ümumi həcmi 11,4 faiz - 2,32 milyon ton təşkil edib.

TRACECA-nın Azərbaycan hissəsində yük daşımalarının 4,652 milyon tonu (22,9 faiz) tranzin yükdaşımalarının payına düşüb.