TRACECA iştirakçısı olan türkdilli ölkələrin vahid gömrük xidmətləri portalı yaradılacaq

TRACECA iştirakçısı olan türkdilli ölkələrin vahid gömrük xidmətləri portalı yaradılacaq

Bakı. TurkicWorld:

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) iştirakçısı olan türkdilli ölkələrin gömrük xidmətləri elektron xidmətlərin vahid tranzit portalının yaradılması ilə bağlı çərçivə sazişi hazırlayır.

Bu barədə TurkicWorld-a Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük inzibatçılığı baş idarəsinin Gömrük tənzimlənməsi idarəsinin rəisi Cəfər Quluzadə deyib.

"Biz Azərbaycanda lazımi bütün dövlətdaxili işləri görmüşük. Hazırda beynəlxalq tranzit dəhlizində boyu yerləşən türkdilli dövlətlərin də işləri tamamlamasını gözləyirik. O zaman gömrük xidmətlərinin vahid tranzit portalı yaradılacaq. Müvafiq çərçivə sazişi üzərində iş gedir", - o qeyd edib.

C.Quluzadə bildirib ki, gömrük xidmətlərinin uyğunlaşdırılması və unifikasiyası müəyyən vaxt aparacaq.