BAKI,TurkicWorld
Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına görkəmli azərbaycanlı müğənni və bəstəkar Müslüm Maqomayevin adının verilməsi qərara alınıb.
Qərar Dağıstan Respublikasının rəhbəri yanında fəaliyyət göstərən komissiyanın iclasında qəbul edilib.
Komissiya üzvləri Azərbaycanın böyük sənətkarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təklifi yekdilliklə dəstəkləyiblər.







