Əcəmi Naxçıvaninin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək

Əcəmi Naxçıvaninin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək

Bakı. TurkicWorld:

Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyası məlumat yayıb.

Bildirilib ki, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında qəbul edilən qərara əsasən, Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

Qeyd edək ki, XII əsrdə Naxçıvanda doğulan və yaşayan Ə.Naxçıvani Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. Ona ən çox şöhrət gətirən isə Mömünə Xatun, Yusif ibn Küseyir türbəsi və Naxçıvandakı Cümə məscididir.