Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat

Türkiyənin Özbəkistana avtomobil ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana avtomobil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 5 milyon 651 min 20 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana avtomobil ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 2 milyon 986 min 38 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artaraq, 3 milyard 543 milyon 949 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 6 milyard 604 milyon 498 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 42 milyard 150 milyon 101 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər