Son dəqiqə

Özbəkistan Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyənin Özbəkistana polad ixracı kəskin azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 59,8 faiz azalaraq, 4 milyon 865 min 39 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Özbəkistana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 61,3 faiz azalaraq, 2 milyon 308 min 56 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 2 milyard 274 milyon 862 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 330 milyon 873 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər