Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Yanvarda Türkiyənin İraqa mebel ixracı 84,2 milyon dollar olub (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən İraqa mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 84 milyon 211 min 88 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-ci ilin yanvar ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azalaraq, 562 milyon 428 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 7 milyard 940 milyon 45 min dollar məbləğində mebel ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər