elektrik elektrik avadanlıqları elektrik enerjisi elektrik enerjisinin istehsalı elektrik enerjisi kəsintisi Elektrik stansiyaları Elektrik avtomobilləri Elektrik gərginliyi Elektrik bərpa işləri Elektrik istehlak limiti

“Güləbird” KSES-də indiyədək istehsal edilmiş elektrik enerjisinin həcmi açıqlanıb

BAKI, TurkicWorld

"Güləbird" Kiçik Su Elektrik Stansiyasında (KSES) istismara verildiyi tarixdən indiyədək 87,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

TurkicWorld bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 5 il əvvəl – 2021-ci il fevralın 14-də Laçın rayonunun Güləbird kəndi ərazisində Həkəri çayı üzərindəki "Güləbird" Kiçik Su Elektrik Stansiyası (KSES) bərpadan sonra istifadəyə verilib.

Bildirilib ki, ümumi gücü 8 MVt olan stansiyada istismara verildiyi tarixdən bugünədək 87,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Qeyd edilib ki, Kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Mövzuya görə xəbərlər