Son dəqiqə

İran Energetika Nazirliyi elektrik enerjisi Yaxın Şərq Enerji infrastrukturu elektrik şəbəkəsi cənub bölgələri

İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Energetika Nazirliyi ölkənin cənubunda enerji infrastrukturuna endirilən ABŞ hücumlarından sonra vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

TurkicWorld xəbər verir ki, nazirlik cümə günü yaydığı bəyanatda ölkənin cənub bölgələrində həm yüksək hava temperaturunun, həm də enerji infrastrukturuna yönəlmiş hücumların elektrik şəbəkəsinə əlavə yük yaratdığını bildirib.

Bəyanatda qeyd olunub ki, cənub bölgələri hazırda "həddindən artıq isti hava şəraiti və enerji infrastrukturuna hücumlar" səbəbindən çətin vəziyyətlə üzləşib.

Nazirlik vətəndaşlara elektrik enerjisindən mümkün qədər səmərəli istifadə etməyi və istehlakı azaltmağı tövsiyə edib.

Bununla yanaşı, açıqlamada hansı enerji obyektlərinin zərər gördüyü barədə ətraflı məlumat verilməyib. Hücumların elektrik stansiyalarını, ötürücü xətləri və ya digər enerji avadanlıqlarını hədəf alıb-almadığı dəqiqləşdirilməyib.

İran rəsmiləri enerji şəbəkəsində yaranmış gərginliyin aradan qaldırılması istiqamətində tədbirlərin davam etdirildiyini bildiriblər.

ABŞ tərəfi isə İranın enerji infrastrukturuna hücumlarla bağlı açıqlamasına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər