BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin iyun ayında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq, 1 milyard 664 milyon 602 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 9 milyard 133 milyon 644 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (iyun 2026 - iyun 2025) Türkiyə 18 milyard 537 milyon 335 min dollar məbləğində elektrik məhsulları ixrac edib.







