Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi polad Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Keçən il Türkiyədən İrana polad ixracı 38 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İrana polad ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 38 milyon 921 min 71 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında İrana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz artaraq, 3 milyon 738 min 97 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 509 milyon 662 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 5,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 541 milyon 573 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər