Son dəqiqə

İraq Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Keçən il Türkiyədən İraqa hazır geyim ixracı 634 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İraqa hazır geyim ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 634 milyon 165 min 47 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz artaraq, 62 milyon 221 min 80 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 16 milyard 773 milyon 432 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 271 milyon 981 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 773 milyon 432 min dollar məbləğində hazır geyim ixrac edib.

Mövzuya görə xəbərlər