BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin may ayında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq, 1 milyard 425 milyon 971 min dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 6 milyard 647 milyon 624 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 16 milyard 364 milyon 387 min dollar məbləğində polad məhsulları ixrac edib.







