BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin may ayında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq, 1 milyard 483 milyon 82 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-may aylarında Türkiyənin elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq, 7 milyard 472 milyon 325 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 18 milyard 150 milyon 743 min dollar məbləğində elektrik məhsulları ixrac edib.






