BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin may ayında Türkiyənin hazırgeyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azalaraq, 1 milyard 288 milyon 586 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-may aylarında Türkiyənin hazırgeyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azalaraq, 6 milyard 609 milyon 174 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 16 milyard 453 milyon 515 min dollar məbləğində hazırgeyim məhsulları ixrac edib.






