Son dəqiqə

İraq neft Hörmüz boğazı Körfəz Dəniz ticarəti enerji nəqliyyatı tankerlər

Hörmüz boğazında neft tanker hərəkəti bərpa olunmağa başlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hörmüz boğazı vasitəsilə neft tanker hərəkətinin tədricən bərpa olunduğu bildirilir.

TurkicWorld xəbər verir ki, gəmi izləmə məlumatlarına əsasən, iki xam neft tankeri təxminən 2 milyon barrel neftlə boğazdan keçib.

Eyni zamanda iki supertanker də boğazdan Körfəz istiqamətinə daxil olub. Məlumata görə, bu tankerlər ümumilikdə 4 milyon barrelədək xam neft daşımaq gücünə malikdir.

Bildirilib ki, gəmilərdən birinin istiqaməti İraqın Bəsrə limanı olub.

Məlumatlar “Kpler” analitik şirkətinin izləmə sisteminə istinadən təqdim edilib.

Bununla belə, Hörmüz boğazından keçən nəqliyyat hələ də münaqişədən əvvəlki orta gündəlik göstəricidən xeyli aşağıdır.

Qeyd olunur ki, İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından əvvəl bu boğazdan gündə təxminən 125 gəmi keçirdi.

Mövzuya görə xəbərlər