BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin may ayında Türkiyənin sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz azalaraq, 362 milyon 667 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-may aylarında Türkiyənin sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 1 milyard 811 milyon 657 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 4 milyard 497 milyon 130 min dollar məbləğində sement məhsulları ixrac edib.






