Son dəqiqə

İran Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat İxrac və avtomobil bazarı

Keçən il Türkiyədən İrana avtomobil ixracı 113 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən İrana avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq, 113 milyon 184 min 8 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında İrana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz azalaraq, 10 milyon 710 min 50 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 3 milyard 760 milyon 666 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 41 milyard 521 milyon 96 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər