Son dəqiqə

Rusiya Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə Polad İxracatçılar Birliyi 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyə polad ixrac həcmi Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi

Türkiyədən Rusiyaya polad ixracı 68 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Rusiyaya polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 55,9 faiz azalaraq, 68 milyon 229 min 76 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin oktyabr ayında Rusiyaya polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz azalaraq, 10 milyon 775 min 12 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 13 milyard 735 milyon 173 min dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 1 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 16 milyard 414 milyon 802 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər