Son dəqiqə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı Su Həftəsi Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı Baku Water Week Su qıtlığı Su qıtlığının qarşısının alınması

Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq - Sədr

Bakı, TurkicWorld

Dünyadakı su ehtiyatlarının yalnız 4 faizini insanlar normal istifadə edə bilərlər.

TurkicWorld xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.

O bildirib ki, suyun insanların xeyrinə istifadə oluna biləcək miqdarı çox azdır: "Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq.

Bundan başqa, əhalinin sayı artıb. Suya olan tələbat həddindən artıq çoxalıb. Sənayeləşmə, urbanizasiya kimi amillər də su qıtlığına səbəb olar. Çünki suya olan neqativ təsirlər də öz mənfi effektini göstərir".

Mövzuya görə xəbərlər