Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi SOCAR Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Mərkəzi Bankı Dövlət Gömrük Komitəsi Fövqəladə Hallar Nazirliyi Dövlət Statistika Komitəsi Azərenerji Azərbaycan İnvestisiya Holdinqi (AİH) Milli Elmlər Akademiyası Azərişıq Açıq Səhmdar Cəmiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İİTKM Yaşıl Enerji Maliyyə nazirliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azəristiliktəchizat Samir Vəliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Ramil Hüseyn

“Yaşıl enerji məkanı” məqsədinin icrası üzrə 2025-ci ilin yekunları müzakirə edilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

TurkicWorld xəbər verir ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl enerji məkanı” məqsədinin sosial-iqtisadi inkişaf Strategiyasında mühüm yer tutduğunu və ölkəmizin gələcək inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanın dayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminə keçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfə verəcəkdir. Samir Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirin icra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə Strategiyanın həyata keçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunu vurğulayıb.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onların icrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy və təkliflər dinlənilib, müvafiq qeydlər aparılıb.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

Mövzuya görə xəbərlər