ABŞ prezidentinin köməkçisi Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ prezidentinin köməkçisi Səudiyyə Ərəbistanına səfər edəcək

Bakı. TurkicWorld:

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan yaxın günlərdə Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır. Burada o, həmçinin Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarları ilə görüşlər keçirəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə C.Sallivan Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı deyib.

C.Sallivan qeyd edib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası İsrail, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın daxil olduğu "I2U2" qrupu çərçivəsində əməkdaşlığı artırmağa hazırlaşır.

"Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşmək üçün bu həftə sonu orada olacağam. Hindistandan və BƏƏ-dən olan həmkarlarım da görüşlər üçün Səudiyyə Ərəbistanına gələcək ki, biz Yeni Dehli ilə Körfəz, eləcə də ABŞ və regionun qalan ölkələri ilə əməkdaşlığın yeni sahələrini müzakirə edə bilək", - deyə C.Sallivan bildirib.