Bakı TurkicWorld
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmaq qərarına gəlib.
TurkicWorld xəbər verir ki, o, “Real Madrid"ə qayıtmaq istəyir.
Məlumata görə, 38 yaşlı futbolçunun dillə problemləri yaranıb və yeni kluba uyğunlaşması çətinləşib. O, Səudiyyə Ərəbistanı mədəniyyətinə uyğunlaşmaqda da çətinliklərlə üzləşir. Ronaldonun 2018-ci ildə "Real Madrid"dən ayrıldığına peşman olduğu və yenidən Madriddə yaşamaq istədiyi iddia edilir.
Qeyd edək ki, futbolçu 2022-ci il dekabrın 30-da Səudiyyə Ərəbistanının "Əl-Nasr" futbol klubu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalayıb.
Mehriban Xəlilli


