Son dəqiqə

Böyük Britaniya ABŞ hərbi təlimlər

ABŞ nüvə hazırlığını yoxlamaq üçün təlimlər keçirəcək

Bakı. TurkicWorld:

ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün təlimlər keçirəcək.

TurkicWorld xarici KİV-lərə istinadla xəbər verir ki, "Global Thunder 23" adlı təlimlər bu gündən başlayacaq.

Qeyd olunub ki, bu cür təlimlərin hər il keçirildiyi və digər ölkələrin hərəkətlərinə cavab olmadığı vurğulanır.

Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir.

ABŞ Silahlı Qüvvələrinin illik Strateji Komandanlığının mətbuat xidmətindən bildirilib ki, təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.

Təlim zamanı bombardmançıların uçuşlarının sayı artırılacaq.

Mövzuya görə xəbərlər