Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya rəsmi səfər edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya rəsmi səfər edib

Bakı. TurkicWorld:

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya dövlət səfəri edib.

TurkicWorld xəbər verir ki, Çin rəhbərinin təyyarəsi Vnukovo paytaxt aeroportuna Moskva vaxtı ilə 12:59 radələrində enib.

Bu, Ukraynada müharibə başladıqdan sonra Si Cinpinin Rusiya Federasiyasına ilk səfəridir. Çin liderinin səfəri üç gün çəkəcək.

Ukrayna danışıqlar gündəliyində duran əsas mövzulardan biridir.