...

G7 Ukraynaya 39 milyard dollar ayıracaq

Dünya xəbərləri Digər xəbərlər 25 Fevral 2023 08:49
TurkicWorld Aytac Aliyeva
G7 Ukraynaya 39 milyard dollar ayıracaq

Bakı. TurkicWorld:

Böyük Yeddilik (G7) ölkələri Ukraynaya dəstək üçün 39 milyard dollar maliyyə yardımı ayıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts G7-nin videokonfrans formatında keçirilən görüşündən sonra bildirib.

"Ukraynaya siyasi, humanitar, maliyyə, eləcə də silah tədarükü baxımından lazım olan müddətdə dəstək verəcəyik", - deyə Olaf Şolts bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti