Son dəqiqə

BMT Səudiyyə Ərəbistanı Yəmən BMT Təhlükəsizlik Şurası Cizan Nəcran Ər-Riyad beynəlxalq ictimaiyyəti Xamis-Müşeyt Əbha

Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanı husilərin Əbha, Xamis-Müşeyt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücumlarını ən sərt şəkildə pisləyib. Hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla 73 mülki şəxsin yaralandığı bildirilib.

Bu barədə TurkicWorld xəbər verir.

Krallıq husilərin Qırmızı dənizdə ticarət gəmilərini hədəfə almaqda davam etməsini və beynəlxalq dəniz naviqasiyasının azadlığına yaratdığı təhdidləri də pisləyib.

Səudiyyə Ərəbistanı husilərin Yəmənin, eləcə də ərəb və İslam ölkələrindən ibarət regionun təhlükəsizliyi və sabitliyini təhdid edən mövqeyini və fəaliyyətini qəti şəkildə rədd etdiyini bildirib. Ər-Riyad husilərin sülh təşəbbüslərini davamlı şəkildə rədd etməsini də tənqid edib.

Krallıq öz suverenliyini müdafiə etmək, milli resurslarını qorumaq, vətəndaşlarının və ölkədə yaşayan şəxslərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu vurğulayıb. Bildirilib ki, beynəlxalq hüquqa uyğun olaraq Səudiyyə Ərəbistanının ərazisini və resurslarını hədəfə alan heç bir təcavüzə dözümlülük göstərilməyəcək.

Səudiyyə Ərəbistanı husilərə mülki şəxsləri və obyektləri hədəfə almağın nəticələri barədə xəbərdarlıq edib. Krallıq bütün eskalasiya addımlarının və dəniz təhlükəsizliyinə qarşı davam edən təhdidlərin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Ər-Riyad beynəlxalq ictimaiyyəti məsuliyyətini yerinə yetirməyə və BMT Təhlükəsizlik Şurasının, xüsusilə 2216 (2015) və 2722 (2024) saylı qətnamələrinin icrasını təmin etməyə çağırıb.

Mövzuya görə xəbərlər