Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Bişkek Şanxay Əməkdaşlıq Təşkilatı

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

BAKI,TurkicWorld

"Şanxay Əməkdaşlıq Təşkilatı ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirməyə çalışacağıq".

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən ŞƏT-in 25-ci yubiley sammitində çıxışı zamanı bildirib ki, iqlim dəyişikliyi, terrorizm və qida təhlükəsizliyi kimi məsələlər bir çox ölkələr üçün təhdid yaradır.

"Türkiyə olaraq, ətrafımızdakı münaqişələrin diplomatik yolla həllinə nail olmaq məsuliyyətini üzərimizə götürərək, sülh və sabitlik naminə fəaliyyətimizi davam etdiririk. Yüksələn bir ulduz kimi gördüyümüz Şanxay Əməkdaşlıq Təşkilatı ilə hər sahədə əməkdaşlığımızı inkişaf etdirməyə çalışacağıq. Məqsədimiz gələcək nəsillərə daha sabit və firavan dünya miras qoymaqdır", – deyə R.T. Ərdoğan bildirib.

Mövzuya görə xəbərlər