Son dəqiqə

Avropa İttifaqı Rusiya Dmitri Peskov Avropa Moskva Kreml

Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

BAKI,TurkicWorld

Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması üçün hazırda heç bir əsas görünmür və Avropa ölkələri hərbi resurslarını Rusiyaya qarşı səfərbər edir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Avropadakı hazırkı siyasi hakimiyyət Rusiyaya qarşı qarşıdurma mövqeyindədir və bu, yalnız bəyanatlarda deyil, praktiki addımlarda da özünü göstərir.

“Onlar Avropanın hərbi potensialını tam şəkildə səfərbər edir və ölkəmizə qarşı yönəldirlər”, - Peskov deyib.

Peskov əlavə edib ki, Moskva Avropa ilə münasibətlərin qurulması üçün açıq qalır, lakin Rusiya Avropanın hazırkı siyasi elitası ilə qarşı-qarşıya olduğunu nəzərə almalıdır.

Mövzuya görə xəbərlər