BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə əhalisi zərurət yaranacağı təqdirdə mübarizəni davam etdirəcək və ABŞ ilə qarşıdurmada geri çəkilməyəcək. O, Vaşinqtonun iqtisadi təzyiqlərinin İran xalqını öz mövqeyindən döndərə bilməyəcəyini vurğulayıb.
TurkicWorld, xəbər verir ki, Məsud Pezeşkian İran xalqının ölkənin maraqlarını və hüquqlarını qorumaq üçün mübarizə aparmağa hazır olduğunu bildirib.
İran Prezidenti iyunun 17-də ABŞ ilə əldə edilmiş anlaşmanı da yüksək qiymətləndirib. Həmin anlaşmanın müddəti avqust ayında başa çatıb.
Pezeşkianın sözlərinə görə, İran bu anlaşma nəticəsində beynəlxalq ictimaiyyət qarşısında qalib tərəf kimi qəbul olunub.
O bildirib ki, İran anlaşmanın müddəalarında öz hüquqlarından, milli maraqlarından və əsas mövqelərindən geri çəkilməyib. Pezeşkian daha əvvəl də anlaşmanın müddəalarının böyük hissəsinin İranın maraqlarına uyğun olduğunu bildirmişdi.
İran Prezidenti ölkənin üzləşdiyi iqtisadi çətinliklərin əsas səbəblərindən biri kimi ABŞ-nin tətbiq etdiyi iqtisadi məhdudiyyətləri göstərib.
Pezeşkianın sözlərinə görə, Vaşinqton iqtisadi təzyiqlər vasitəsilə İran daxilində narazılığı artırmağa və ölkəni öz məqsədlərini qəbul etməyə məcbur etməyə çalışır.
O, İran xalqının ABŞ-nin bu məqsədlərinə çatmasına imkan verməyəcəyini və lazım gəldiyi təqdirdə mübarizəni davam etdirəcəyini bildirib.







