BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ davranışını dəyişməyənədək və İranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazı açılmayacaq.
TurkicWorld xəbər verir ki, İranın yarırəsmi "Tasnim" agentliyinin məlumatına görə, Möhsün Rzayi Çinin Tehrandakı səfiri ilə görüşdə Hörmüz boğazının açılması məsələsinə toxunub.
Rzayi ABŞ-ni Körfəz regionunda, Hörmüz boğazında və Oman dənizində "təhlükəsizliyin mənbəyi" olmaqda ittiham edib və Vaşinqtonun "qanunsuz müharibə" həyata keçirdiyini iddia edib.
İran rəsmisi bildirib ki, ABŞ müharibəni dayandırmalı, İranın bloklanmış vəsaitlərini azad etməli və Livan və Qəzza daxil olmaqla regiondakı qarşıdurmalara son qoymalıdır.
O qeyd edib ki, İran və Oman arasında Hörmüz boğazından keçid marşrutu ilə bağlı mümkün razılaşma boğazın bağlanması məsələsindən ayrı tutulmalıdır.
Rzayi İran və Çin arasında "strateji razılaşma"nın mövcud olduğunu bildirib və hər iki ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb.
O, Çinin İran əleyhinə olduğunu bildirdiyi BMT Təhlükəsizlik Şurası qətnaməsini dəstəkləməməsini müsbət qiymətləndirib.







