Son dəqiqə

Fələstin İsrail Almaniya Donald Tramp Qəzza HƏMAS Benyamin Netanyahu Yaxın Şərq

Qəzza planı HƏMAS-ın tərksilahına yol aça bilər - Almaniya

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Almaniya hökuməti ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı yeni planını HƏMAS-ın tərksilah edilməsi istiqamətində irəliləyiş üçün imkan kimi qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Trampın planının mürəkkəb proses olduğunu və bu səbəbdən fikir ayrılıqlarının yaranmasının gözlənilən olduğunu bildirib.

Almaniya rəsmisi İsrailin Baş naziri Benyamin Netanyahunun planı rədd etməsi ilə bağlı suala cavabında belə genişmiqyaslı təşəbbüslərdə çoxlu sayda cavabsız sualın olmasının təbii olduğunu deyib.

Onun sözlərinə görə, Qəzzada davamlı həll yoluna nail olmaq üçün mürəkkəb məsələlər üzrə razılaşmalar əldə edilməlidir.

Almaniya hökuməti hesab edir ki, Trampın planı bölgədə sabitliyin təmin olunması və HƏMAS-ın silahlı imkanlarının aradan qaldırılması istiqamətində müzakirələr üçün əsas yarada bilər.

Berlin tərəfindən planın bütün detalları ilə bağlı mövqe açıqlanmasa da, diplomatik səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mövzuya görə xəbərlər