Son dəqiqə

İran Birləşmiş Ərəb Əmirlikləri Qətər Doha Hörmüz boğazı dəniz nəqliyyatı Əbu-Dabi Milli Neft Şirkəti neftdaşıyan gəmi

Qətər Hörmüz boğazında BƏƏ-yə məxsus neftdaşıyan gəmiyə İranın hücumunu pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qətər Hörmüz boğazından keçən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkətinə məxsus neftdaşıyan gəminin İran tərəfindən raketlə hədəfə alınmasını kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi yaydığı bəyanatda hücumu beynəlxalq hüququn və dəniz nəqliyyatının sərbəstliyi prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Nazirlik İranın Hörmüz boğazından siyasi danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməsini də qəbuledilməz hesab etdiyini bildirib.

Qətər tərəfi strateji su yolunun heç bir şərt irəli sürülmədən yenidən açılmasına çağırıb.

Bəyanatda Hörmüz boğazının bağlı qalmasının bölgə ölkələrinin həyati əhəmiyyətli maraqlarına ciddi təhdid yaratdığı vurğulanıb.

Qətər Xarici İşlər Nazirliyi mövcud vəziyyətin yalnız bölgə ölkələrinə deyil, dünya iqtisadiyyatına da mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Mövzuya görə xəbərlər