Son dəqiqə

Birləşmiş Ərəb Əmirlikləri Əbu-Dabi gəmi Raket hücumu Hörmüz boğazı dəniz nəqliyyatı Əbu-Dabi Milli Neft Şirkəti

Hörmüz boğazında BƏƏ-yə məxsus gəmi raketlə hədəfə alınıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi Hörmüz boğazından keçərkən raket hücumuna məruz qalıb.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin rəsmi "VAM" xəbər agentliyi hadisənin bu gün Hörmüz boğazında baş verdiyini bildirib.

Məlumata görə, Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi boğazdan keçdiyi zaman raketlə hədəfə alınıb.

Agentlik hücum nəticəsində xəsarət alanların olmadığını açıqlayıb.

Hadisədən sonra vəziyyətin nəzarət altına alındığı bildirilib.

Hücumun kim tərəfindən həyata keçirildiyi və gəminin hansı istiqamətdə hərəkət etdiyi barədə əlavə məlumat verilməyib.

Mövzuya görə xəbərlər