Son dəqiqə

İran Körfəz ölkələri BMT Təhlükəsizlik Şurası Yaxın Şərq Diplomatiya Regional Təhlükəsizlik Kazım Qəribabadi IRNA

Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir - Kazım Qəribabadi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, regional təhlükəsizlik məsələləri yalnız region ölkələri tərəfindən idarə olunmalı və bu prosesə xarici müdaxilə olmamalıdır.

TurkicWorld xəbər verir ki, Qəribabadi bu barədə İranın rəsmi IRNA agentliyinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, hazırda İranla Körfəz ölkələri arasında təhlükəsizlik məsələləri üzrə dialoqun yenidən başlanması üçün əlverişli şərait formalaşıb.

Qəribabadi bildirib ki, İran bəzi qonşu ölkələrin ərazisindən həyata keçirildiyini iddia etdiyi hücumlarla bağlı sənədləri BMT Təhlükəsizlik Şurasına təqdim edib.

O qeyd edib ki, həmin materiallarda "birbaşa hücum" kimi qiymətləndirilən məhdud sayda insident də yer alır.

Nazir müavini əlavə edib ki, Tehran hesab edir ki, region ölkələri növbəti eskalasiyanın və ya uzunmüddətli hərbi qarşıdurmanın onların öz təhlükəsizliyinə də ciddi təhdid yaradacağını anlayırlar.

Qəribabadi vurğulayıb ki, İran regional təhlükəsizlik məsələlərinin dialoq və əməkdaşlıq yolu ilə həllinin tərəfdarıdır.

Mövzuya görə xəbərlər