BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Kövsəri ABŞ Prezidenti Donald Trampın İranla danışıqlara yanaşmasını "ziddiyyətli və etibarsız" adlandırıb.
TurkicWorld xəbər verir ki, Kövsəri bu barədə İranın IRIB dövlət televiziyasına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Tramp Hörmüz boğazının açıq olduğunu 75 dəfə iddia etsə də, İranlı deputat bunun reallığı əks etdirmədiyini bildirib.
Kövsəri həmçinin qeyd edib ki, Tramp 106 dəfə İranın məğlubiyyətindən danışıb və 88 dəfə Tehranla yaxın zamanda razılaşma əldə olunacağını bəyan edib.
Bu açıqlama ABŞ Prezidentinin çərşənbə axşamı İranla razılaşmanın bir neçə saat ərzində əldə oluna biləcəyini söyləməsindən sonra səsləndirilib.
İran isə Vaşinqtonla birbaşa danışıqlar apardığı barədə iddiaları dəfələrlə təkzib edib.







