Son dəqiqə

İran Pakistan Şərqi Qüds Məhəmməd İshaq Dar Abbas Əraqçi Diplomatiya Xarici işlər nazirləri

Pakistan İranın xarici işlər nazirini İslamabada dəvət edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar iranlı həmkarı Abbas Əraqçini İslamabada səfərə dəvət edib.

TurkicWorld xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumata görə, Məhəmməd İshaq Dar ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bildirilib ki, nazirlər regional və beynəlxalq məsələləri, o cümlədən işğal altındakı Şərqi Qüdsdə pisləşən vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı İshaq Dar iranlı həmkarını ilk fürsətdə Pakistana rəsmi səfər etməyə dəvət edib.

Pakistan Xarici İşlər Nazirliyi danışığın digər detalları barədə əlavə məlumat açıqlamayıb.

Mövzuya görə xəbərlər