Son dəqiqə

İsrail Qəzza HƏMAS Benyamin Netanyahu Yaxın Şərq sülh sazişi Qadi Eyzenkot

Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot Baş nazir Benyamin Netanyahunu Qəzza ilə bağlı hazırlanan sülh sazişi layihəsi qarşısında geri çəkilməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, Qadi Eyzenkot X sosial şəbəkəsində paylaşdığı açıqlamada sülh sazişi layihəsinin Netanyahunun verdiyi vədlərlə mövcud vəziyyət arasındakı "böyük uçurumu" ortaya qoyduğunu bildirib.

Onun sözlərinə görə, İsrailin verdiyi ağır itkilərə, həlak olan və yaralanan hərbçilərə baxmayaraq, Benyamin Netanyahu müharibənin qarşıya qoyulan məqsədlərinə nail olmadan siyasi zəiflik nümayiş etdirərək geri çəkilib.

Qadi Eyzenkot hesab edir ki, HƏMAS-ın Qəzzada hakimiyyətdə qalması qəbuledilməzdir.

O bildirib ki, HƏMAS-ın fəaliyyətini davam etdirməsi, yenidən silahlanması və gələcəkdə yeni hücumlar üçün imkan qazanması İsrail üçün ciddi təhlükə yaradır.

Keçmiş Baş Qərargah rəisi əlavə edib ki, İsrail cəmiyyəti qələbə qazana bilən, həqiqəti söyləyən və qarşıya qoyduğu məqsədlərə sadiq qalan rəhbərliyə layiqdir.

Netanyahu hökuməti hələlik Qadi Eyzenkotun bu açıqlamalarına münasibət bildirməyib.

Mövzuya görə xəbərlər