Son dəqiqə

İran Yaponiya Səudiyyə Ərəbistanı Husilər Abbas Əraqçi Hörmüz boğazı Toşimitsu Motegi

Yaponiya İrandan husiləri təmkinli olmağa çağırmağı istəyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Tehranı Yəməndə fəaliyyət göstərən husi hərəkatını təmkinli davranmağa çağırmağa səsləyib. Danışıq zamanı Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi əsas müzakirə mövzuları olub.

TurkicWorld xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, Toşimitsu Motegi regionda gərginliyin azaldılması üçün İranı "maksimum çeviklik" nümayiş etdirməyə çağırıb. O, münaqişənin qonşu ölkələrə də təsir göstərməsindən dərin narahatlığını ifadə edib.

Yaponiyanın xarici işlər naziri bildirib ki, Hörmüz boğazında əlavə xərclər olmadan sərbəst və təhlükəsiz gəmiçiliyin mümkün qədər tez bərpa edilməsi böyük əhəmiyyət daşıyır.

Enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlara toxunan Motegi İranı husi hərəkatına təmkin nümayiş etdirməsi üçün təsir göstərməyə çağırıb. Bu çağırış husilərin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etməsi və ticarət gəmilərinə hücumlar fonunda səsləndirilib.

Husi hərəkatı ötən həftə Səudiyyə Ərəbistanına dəniz nəqliyyatını qadağan etdiyini açıqlamış, bunu Yəməndə nəzarətində olan ərazilərə qarşı tətbiq edildiyini iddia etdiyi mühasirəyə cavab kimi əsaslandırmışdı.

İran tərəfi Yaponiyanın bu çağırışına dair rəsmi mövqeyini açıqlamayıb.

Mövzuya görə xəbərlər