Son dəqiqə

İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri Küveyt Bəhreyn İordaniya Regional Təhlükəsizlik

BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Birləşmiş Ərəb Əmirlikləri İranın Bəhreyn, Küveyt və İordaniyaya qarşı həyata keçirdiyi bildirilən yeni hücumları qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu hücumların adıçəkilən qardaş ölkələrin suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, bu cür hərəkətlər həmin dövlətlərin təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.

Bəyanatda vurğulanıb ki, Birləşmiş Ərəb Əmirlikləri Bəhreyn, Küveyt və İordaniya ilə tam həmrəylik nümayiş etdirir və onların təhlükəsizliyinə dəstəyini bir daha təsdiqləyir.

Rəsmi Əbu-Dabi regionda gərginliyin daha da artmasından narahatlığını ifadə edərək, sabitliyin qorunmasının vacibliyini qeyd edib.

İran tərəfi isə BƏƏ-nin bu bəyanatına hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər